4 "A" sinif şagirdinin uğuru
4 "A" sinif şagirdi Kərimli Nəzrin ulu öndər Heydər Əliyevin 98-ci il dönümünə həsr edilmiş şeir müsabiqəsində 1-ci yerə layiq görülüb. Suraxanı rayon Gənclər və İdman idarəsinin rəisi tərəfindən təltif olunan Nəzrinin uğuru məktəb rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Qeyd edək ki, Nəzrin həm də "Xarıbülbül" şeir müsabiqəsinin 2-ci yer qalibidir.