İlyas Əfəndiyevin doğum günü qeyd edildi

  Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyevin anadan olmasının 107 illiyi qeyd edildi.  Kitabxanaçı Xalidə xanımın təşəbbüsü, 6 "A" sinif şagirdlərinin iştirakı ilə qeyd olunan gün sənətkarın çoxşaxəli yaradıcılıq yolu haqqında maraqlı məlumatların zənginliyi ilə yadda qaldı. XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrindən söhbət açan şagirdlər  onun “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” və s. əsərləri ətrafında fikir mübadiləsi edərək nasiri hörmət və məhəbbətlə yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi