"Gələcəyin Dahiləri! " layihəsi

  S. Ə. Şirvaninin dediyi kimi: " Təhsil xəzinədir, əmək onun açarı".  İnsan yalnız elmi, təhsili, hərtərəfli dünyagörüşü ilə başqalarından fərqlənə bilər. Təhsilli insan yaxşını pisdən, əyrini düzdən seçməyin ən gözəl qaydalarını bilir. Masir texnologiyanın yaratdığı zərərli vərdişləri anlayaraq  onun müsbət tərəflərindən yararlanmaq da elə məhz təhsilli insanın seçimidir. Sözün əsl mənasında təhsilli vətəndaş yetişdirmək isə məktəb rəhbərliyi və müəllim heyətinin qarşıya qoyduğu müqəddəs qayələrdən biridir. Elə bu məqsədlə "Gələcəyin Dahiləri! " adlı yeni layihəyə start verilib. Layihənin şərtlərinə əsasən şagirdlər öyrəndikləri yenilikləri, öz həmyaşıdları ilə bölüşməklə bir növ müəllim rolunda çıxış edəcəklər. Onlar bu yolla tədqiqatçılıq bacarıqlarını, müxtəlif fənlər üzrə bilik və maraq dairələrini genişləndirəcək, həmçinin paylaşmaq, əməkdaşlıq etmək kimi qabiliyyətlərini inkişaf etdirəcəklər. Layihənin yaratdığı geniş imkanlardan biri də şagirdlərin gələcəkdə peşə seçiminə düzgün yol göstərməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi