Lütfi Zadə adına məntiq olimpiadası

  8 may tarixində ölkə üzrə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib. V sinif şagirdləri arasında keçirilən müsabiqənin nəticələrinə əsasən məktəbimizin 4 şagirdi final mərhələsində iştirak etmək üçün vəsiqə qazanıb. Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadə irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi