Ümummilli lider Heydər Əliyevə həsr olunmuş təşkilat saatı

  5 "B" sinfində təşkilat saatı keçirildi. Kimya-biologiya dərsini tədris edən Aytən Cəbiyevanın rəhbərliyi ilə təşkil olunmuş onlayn təşkilat saatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edildi. Müasir texnologiyanın yaratdığı geniş imkanlardan istifadə edərək nümayiş olunan təşkilat saatında şagirdlər geniş, maraqlı, zəngin informasiyalarla çıxış etdilər. Onların hazırladıqları təqdimatlar ulu öndərin keçdiyi həyat yolunu, ölkə tarixindəki böyük, təmənnasız xidmətlərini  əhatə etdi. Gündən-günə çiçəklənən Azərbaycanımız  dahi liderin uzaqgörən siyasətinin bəhrəsi kimi qiymətləndirildi.  Təşkilat saatı rəhbərlik tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi