Ulu öndər Heydər Əliyevə həsr olunmuş dərs

  Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək məqsədi ilə olduqca maraqlı bir dərs nümayiş olundu. Məktəbin illik fəaliyyət planına əsasən Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən  Kəmalə Rəhimovanın təşkilatçılığı və rəhbərliyin iştirakı ilə təşkil olunan dərs şagirdlər tərəfindən olduqca maraqla qarşılandı. Dərs zamanı ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarxlar, ümummilli liderin həyat və fəaliyyətini əks editirən maraqlı məlumatlar, geniş informasiyalar təqdim olundu. Qəndab Məmmədova, Nəzrin Kərimli, Leyla Mehralıyeva və digər şagirdlərin təqdimatları, ifalarında səslənən  şeir nümunələri rəhbərliyin rəğbətinə səbəb oldu. Dərs vətənpərvər ruhda sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi