İntellektual yarış

  Dahilərdən birinin belə bir aforizmi var: "Yaşamağı atama borcluyam, yaxşı yaşamağı isə müəllimimə". Yaxşı müəllim olmaq üçün isə ən əsas şərtlərdən biri və bəlkə də elə birincisi şagirdlərə qayğı və məhəbbətlə yanaşmağı bacarmaqdır. Elmin bütün sahələrində təcrübənin böyük rolu olmasına baxmayaraq müəllim peşəsinin, müəllim sənətinin   fərqliliyi ondadır ki, elmli, savadlı, işini məsuliyyətlə yerinə yetirməyi bacaran, vicdanlı, xəmiri müəllimliklə yoğrulmuş gənc kadr belə peşəkarcasına dərs nümayiş etdirə bilər. Bu gün məktəbimizdə coğrafiya dərsini tədris edən Fidan Axundovanın keçdiyi dərs bu fikri təsdiq etməyə imkan verdi. Belə ki, VIII sinif şagirdlərinin iştirakı ilə keçirilən ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn intellektual bilik yarışında şagirdlər maraqlı, əyləncəli, geniş informasiyalarla zəngin dərs nümayiş etdirdilər. Fidan müəllimin rəhbərliyi ilə təqdim olunan bilik yarışı fərdi şəkildə və iki mərhələdən ibarət idi. İştirakçılara ünvanlanan suallar isə ümumi dünyagörüşü və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əhatə etdi. Dərsin sonunda qaliblər onlayn şəkildə təqdim olunan təşəkkürnamələr ilə mükafatlandırıldılar. Dərs rəhbərlik tərəfindən də maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi