İbtidai siniflərin dərsləri izlənildi

  Məktəbin fəaliyyət planına əsasən ümummilli lider Heydər Əliyevin 98-ci ildönümü ilə əlaqədar keçilən dərslərdə ibtidai sinif şagirdləri də aktivlik nümayiş etdirdilər. Onlar dahi liderin, əvəzolunmaz şəxsiyyətin keçdiyi həyat yolu, fəaliyyəti haqqında geniş söhbət açaraq onu böyük məhəbbət və rəğbətlə yad etdilər. Dərsdə Heydər Əliyev irsinin davamçısı İlham Əliyevin və qəhrəman oğullarımızn sayəsində qazandığımız Böyük Zəfər günümüz - 8 noyabr tarixindən də danışıldı. Nə xoş ki,  şagirdlərin ifalarında səslən Şuşaya həsr olunmuş şeirlər daha vətən həsrəti qoxmadı. Azad, müstəqil, ərazi bütövlüyü tam olaraq bərpa olunmuş gözəl Azərbaycanımızın vətənpərvər şagirdləri maraqlı, rəngarəng, geniş informasiyalarla zəngin dərs nümayiş etdirməyə nail oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi