Hərbi Qənimətlər Parkı

  "Daha Şuşanın işğalında 28 il ötmür".  Nə xoş ki, bu gün bu cümləni hər bir azərbaycanlı qürurla, böyük bir fəxarətlə deyir. Ümummilli  lider Heydər Əliyev siyasətinin davamçısı ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti, qəhrəman oğullarımızın şücaəti nəticəsində artıq bu gün Şuşa azaddır. Nəinki Şuşa, vaxtılə mənfur düşmən tapdağı altında olan bütün torpaqlarımız azaddır.

  Hərbi Qənimətlər Parkında sərgilənən qənimətlər - erməni əsgərlərinin boş qalmış dəbilqələri, silahları və təqdim olunan müxtəlif əşyaları düşmən üzərində şəhidlərimizin qanı bahasına qazanılan Böyük Zəfərin əyani göstəricisidir. Bu müharibənin, bu qələbənin şahidi olmuş balaca şagirdlərimiz də Hərbi Qənimətlər Parkı ilə tanış olaraq düşmənə nifrət, vətənə məhəbbət, şəhidlərimizə, qazilərimizə və ümumiyyətlə, Vətən müharibəsində iştirak edən qəhrəman oğullarımıza  hörmət və minnətdarlıq hissini təkrarən yaşayıblar. Vətəni sevmək, vətənpərvər olmaq elə məhz uşaqlıqdan başlayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi