Olimpia mərkəzi

   Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 3-cü Qrant müsabiqənin qalibi olmuş fizika üzrə Olimpia mərkəzimiz öz işini uğurla davam etdirir. Təməli direktor Südabə Abdullayeva tərəfindən qoyulmuş Olimpia mərkəzinin istedadlı, savadlı, zəhmətkeş şagirdləri müasir texnologiyanın yaratdığı imkanlardan istifadə edərək öz fəaliyyətlərini yutube kanalı üzərindən davam etdirirlər. Onlar öyrəndikləri yenilikləri, maraqlı informasiyaları artıq 200 nəfərdən çox izləyicisi olan kanal vasitəsilə öz fizikasevər dostları ilə bölüşürlər. Şagird parlamentinin fəal üzvlərindən olan bu şagirdlər həm də hamilik vəzifəsini yerinə yetirərək 6-7-ci sinif şagirdlərinin fizika elminə daha da dərindən yiyələnmələri üçün yardımçı olurlar. Qeyd edək ki, kanalın tənzimləyicisi 9 "A" sinif şagirdi Qəndab Məmmədovadır. Maraqlananlar üşün bildirmək istəyirik ki, https://youtu.beNCGJmJJAIMU ünvanı vasitəsilə dərslərimizi izləyə bilərsiz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi