Kiçik Akademiyanın növbəti iclası
Kiçik Akademiyanın növbəti iclası keçirildi. Akademiyanın prezidenti, kimya-biologiya dərsini tədris edən Təranə Rəcəbovanın təşkilatçılığı ilə keçirilən iclasda şagirdlərin hazırladıqları təqdimatlar müzakirə olundu. Əsasən rus bölməsi üzrə biologiya, kimya, coğrafiya və tarix fənlərindən təqdimatların təqdim olunduğu iclasda müəllim və şagird yoldaşları tərəfindən verilən dəyərli məlumatlar, tövsiyələr yüksək qiymətləndirildi. Təqdimatçılar fikir mübadiləsi edərək axtarışlara, yeniliklərə həvəs göstərirlər. İclas rəhbərlik tərəfindən izlənildi.