Fənn müsabiqəsinin birinci mərhələsi

Fənn müsabiqəsinin birinci mərhələsinə start verilib. Aprel ayının 26-da 6-cı siniflər üçün riyaziyyat, informatika, 27-də isə 7-ci siniflər üçün fizika, kimya və biologiya fənləri üzrə nəzərdə tutulan imtahan prosesinin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Qeyd edək ki, Suraxanı rayonu üzrə imtahan mərkəzi seçilmiş məktəblərindən olan məktəbimiz- 279 saylı tam orta məktəb şagirdlərin inkişafına, gələcəyinə, savadlı kadr kimi yetişməsinə daim həvəs göstərən, təkan verən yenilikçi bir məktəbdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi