Şəhid məzunumuzun valideynləri ilə onlayn görüş

  Şəhid məzunumuzun valideynləri ilə onlayn görüş keçirildi. Coğrafiya dərsini tədris edən Günay Nəcəfovanın təşkilatçılığı, 5 "C" sinif şagirdlərinin  iştirakı ilə  keçirilən görüş məktəb rəhbərliyin iştirakı ilə baş tutdu.  Məktəbimizin fəxri məzunu  olan Məhərrəmov Şamo Mətləb oğlunun doğum günü münasibətilə ilə təşkil olunan görüşdə şəhidimizin anası, bacısı övlad dərdi, qardaş həsrəti, eyni zamanda, şəhid valideyni, şəhid bacısı olmağın qürurundan danışdılar. Canını torpaqlarımızın işğaldan azad edilməsi, müqəddəs bayrağımızın Qarabağda dalğalanması, əcdadlarımızın ruhunun şad olması üçün qurban verən igid əsgər Şamo Məhərrəmovun  belə şərəfli bir adı - şəhid adını miras qoyub şəhadətə ucalmağı şagirdlərə və məktəb rəhbərliyinə fəxarət hissi yaşatmaqla bərabər bir xeyli təəssüfləndirdi. Ancaq nə xoş ki, belə qəhrəman oğullarımızın davamçıları - vətənə, millətə sadiq olan gənc nəsil yetişməkdədir.  Şəhidlər ölməz, Vətən bölünməz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi