"Açıq dərslər" layihəsi davam edir

  Müəllim tərəfindən təlim–tərbiyənin, tədrisin keyfiyyətcə yüksəldilməsinə, yenilklərin tətbiq edilməsinə yönəlmiş açıq dərslərimiz davam edir. Uğurlu açıq dərslərin təşkil edilməsi müəllimin peşəkarlığından və səriştəsindən, təhsillə bağlı hədəfləri vaxtında görməsindən, yeniliyə və müasir dünyagörüşünə malik olmasından, ölkədə və dünyada gedən təhsil proseslərinə bələdliyindən asılıdır. Öz işini məsuliyyətlə və vicdanla yerinə yetirən hər bir müəllim bu kimi keyfiyyətləri özündə cəmləyib tədrisin təşkilini yüksək səviyyədə təşkil edə bilir. Belə müəllimlərin sırasında dayanan məktəbimizin peşəkar müəllimləri də öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Belə ki, bu gün ibtidai sinif şagirdlərinin dərslərində iştirak edən rəhbərlik tərəfindən gəlinən qənaət bu fikri təsdiq etməyə imkan verir.  Qeyd edək ki, dərs zamanı böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi, ölkə tariximizin ən şanlı, ən qürurverici bayramı - Zəfər bayramı, işğaldan azad olan torpaqlarımız haqqında da ətraflı söhbət aparılıb.

  Direktor Südabə Abdullayeva və direktor müavini  Qızbəs Qasımova vaxtaşırı müxtəlif siniflərin dərslərində iştirak edərək tədrisin gedişatını izləyirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi