Zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələ

  Onlayn dərsləri keyfiyyətli tədris etmək, şagirdləri dərsə cəlb etmək, onlarda təhsilə maraq oyatmaq, təhsilin faydaları haqqında məlumatlandırmaq və lazım olduğunda zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlər təşkil etmək də müəllim adının, müəllim əməyinin böyüklüyündən xəbər verir. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Şəhla Əhmədova da öz peşəsini sevərək, məsuliyyətini dərk edərək işini icra edən müəllimlərdəndir. Belə ki, o, həftə sonları  votçap  qrupları vasitəsilə dərs zamanı zəif nəticə göstərən şagirdləri bir araya toplayaraq onların keçilən dərsləri daha yaxşı mənimsəmələri üçün əlverişli şərait yaradır. Sevindirici hal olaraq qiymətləndirmək olar ki, Rusiya vətəndaşı olan 2-ci sinif rus bölməsinın şagirdi Mark Kuryagin dərs və dərsdən əlavə məşğələrdə fəal iştirak edərək Azərbaycan dilində sərbəst danışmağı öyrənib. Qeyd edək ki, bu cür məşğələlərin təşkili rəhbərlik tərəfindən də yüksək qiymətləndirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi