Dərslərə nəzarət

  Mütəmadi olaraq dərslərə nəzarət edilir. Direktor Südabə Abdullayeva və direktor müavini Təranə Hadıyeva tədrisin təşkilini, şagirdlərin dərsdəki fəaliyyətini yoxlamaq məqsədilə müxtəlif siniflərin dərslərini diqqət mərkəzində saxlayırlar.  Belə ki, bu gün 7-ci sinif şagirdlərin kimya-biologiya dərslərində iştirak edən rəhbərlik  mövcud vəziyyətə adaptasiya, müəllim-şagird münasibətlərinin düzgün təşkili, dərsin keyfiyyətli tədrisi, kurikulm normalarının əsas prinsip kimi götürülməsi və bir çox məsələlərə diqqət yetirərək  tədris prosesinin gedişatını izləyiblər. Qeyd edək ki, izlənilən dərslərdən sonra müəllimlərlə dərsin təşkili və gedişatı ilə bağlı söhbətlər aparılır. Təlim strategiyalarının tələblərinə uyğun dərsin qurulub-qurulmaması, motivasiya və mötivasiya qabağı xatırlatma mərhələsinin düzgün aparılması, istifadə onunan resurslar, şagirdlərin dərsə cəlb edilməsi və davamiyyət təhlil edilir. Müəllimlərə rəhbərlik tərəfindən müəyyən tövsiyələr verilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi