İbtidai siniflərin dərsləri dinlənildi

  "Açıq dərslər" layihəsi çərçivəsində keçilən ibtidai siniflərin dərsləri dinlənilib. Direktor Südabə Abdullayeva və direktor müavinləri Qızbəs Qasımova, Fidan Axundova tədrisin təşkilini, şagirdlərin dərsdəki fəaliyyətini yoxlamaq məqsədilə ibtidai sinif şagirdlərinin dərslərində iştirak ediblər. Onlar şagirdlərin mövcud vəziyyətə adaptasiyası, müəllim-şagird münasibətlərinin düzgün təşkili, dərsin keyfiyyətli tədrisi və bir çox məsələlərə diqqət yetirərək  tədris prosesinin gedişatını qənaətbəxş hesab ediblər. Qeyd edək ki, izlənilən dərslərdən sonra müəllimlərlə dərsin təşkili və gedişatı ilə bağlı söhbətlər aparılır. Təlim strategiyalarının tələblərinə uyğun dərsin qurulub-qurulmaması, motivasiya və mötivasiya qabağı xatırlatma mərhələsinin düzgün aparılması, istifadə onunan resurslar, şagirdlərin dərsə cəlb edilməsi və davamiyyət təhlil edilir. Müəllimlərə rəhbərlik tərəfindən müəyyən tövsiyələr verilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi