Azərbaycan Dövlət Pedaqoji Universitetində konfrans

  12 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində elan olunan "Fizika günü" münasibətilə "Gələcəyə addım" adlı 3-cü elmi konfrans keçirilmişdir.  Konfransda sayılıb seçilən, hörmətli elm adamları - Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, universitetin prorektorları, fakultə dekanları, şöbə müdirləri, Bakı Dövlət Universitetinin akademiki Eldar müəllim və digər fəxri qonaqlar iştirak etmişlər. Qeyd edək ki, məktəbimizin direktoru Südabə xanım Abdullayeva da həmin konfransın fəal qonaqları sırasında idi. Belə ki, interakivlik və nəticəyönümlü təhsil haqqında geniş müzakirələrin aparıldığı konfransda Südabə xanım yaradıcı, fərqli və savadlı çıxışları ilə diqqət mərkəzində olmuşdur. Daha sonra bütün fənlər üzrə keçirilən bölmə iclasında iştirak edən Südabə Abdullayeva  "Fizikanın tədrisi istiqamətində görülən işlər" adlı seminarda da aktivlik nümayiş etdirmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi