"Danışın, qızlar!" layihəsi

  Məktəbimizdə UBTR Afaq Səfərovanın rəhbərliyi ilə fəaliyyət göstərən Şagird Parlamentinin fəal  üzvlərindən olan 9 "B" sinif şagirdi Məhərrəmova Dünya Yuva Hümanitar Mərkəzi və Azərbaycan Qadınlar Fondunun birgə layihəsi olan "Danışın, qızlar!" layihəsində iştirak edib. Suraxanı rayonu üzrə 35 şagirdin  iştirak etdiyi 3 aylıq kurs müddətində Dünya  hüquqi, informasiya, texnologiya, münaqişələrin idarə olunması kimi müxləlif biliklərə yiyələnib. Kursu müvəffəqiyyətlə bitirən iştirakçıların sırasında dayanan şagirdimiz növbəti mərhələ üçün öz layihəsini irəli sürüb. Onun mədəniyyət sahəsi ilə bağlı hazırlayıb təqdim etdiyi layihə təşkilatçılar tərəfindən böyük maraqla qarşılanıb. Layihənin növbəti - sonuncu mərhələsi üçün hazırlaşan Dünyaya güvənimiz sonsuzdur!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi