31 Mart soyqırımı
İbtidai siniflərdə 31 Mart soyqırımı qurbanları anıldı. 1918-ci ildə erməni silahlı qüvvələrinin törətdikləri qırğın nəticəsində qətlə yetirilmiş və itkin düşmüş azərbaycanlılar dərin hörmət və ehtiramla yad edildi. Qeyd olundu ki, Azərbaycanın tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə kökləyən 31 Mart soyqırımı heç zaman milli yaddaşdan silinməyəcəkdir.