Səməd Vurğunun 115 illik yubileyi

  Azərbaycanın görkəmli şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, əməkdar incəsənət xadimi, Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 115 illik yubileyi qeyd olundu. Direktor müavini Fidan Axundova və UBTR Afaq Səfərovanın təşkilatçılığı ilə məktəbin kitabxanasında qeyd olunan yubiley şairin həyat və yaradıcılığını əhatə etdi. Şagirdlər Azərbaycan ədəbiyyatının incilərindən sayılan "Azərbaycan" şeirini səsləndirərək şeirdə şairin vətənin qədim tarixini, təbii gözəlliyini, nemətlərini, xalqın xeyirxahlığını, açıqürəkliyini və qonaqpərvərliyini tərənnüm etməyindən danışdılar. Qeyd etdilər ki, Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi