Məktəb rəhbəri təltif olundu

  Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi istiqamətində göstərdiyi səmərəli fəaliyyətə və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universiteti ilə bu sahədə olan məhsuldar əməkdaşlığına  görə direktor Südabə Abdullayeva mükafatlandırıldı. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva tərəfindən Təşəkkürnamə ilə təltif olundu.

  Səmərəli  əməkdaşlığın nəticəsidir ki, Milli Musiqi Günündə İncəsənət Universitetinin bir sıra sənət adamları, professorları, tələbə, magistr heyyəti məktəbin akt zalında təşkil olunan möhtəşəm tədbirdə iştirak etmişlər. Müxtəlif vaxtlarda universitetin alimləri tərəfindən söylənilən mühazirələri həvəslə dinləyən şagirlərimiz öz maraq dairələrini genişləndirməyə nail olmuşlar. Qeyd edək ki, bu əməkdaşlıq məktəbdə təşkil olunan "Xocalı tədbiri" zamanı da davam etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi