Məktəbəqədər hazırlıq qruplarında bayram hazırlığı
Sinif rəhbəri Anjelika Əlizadə, Sevda Məhərrəmova və Səbirə Abiyevanın təşkilatçılığı ilə məktəbəqədər hazırlıq qrupunda texnologiya dərsi keçirildi. Azərbaycanda mənşəyi ən qədim bayramlardan biri olan Novruz bayramına həsr edilən dərsdə Novruz atributları hazırlandı. Şagirdlərin yüksək həvəs və bacarıqla hazırladıqları atributlar öz gözəlliyi və rəngarəngliyi ilə göz oxşadı. Qeyd edək ki, milli adət-ənənələrimizin tətbiqi, təbliği, onların qorunması, yetişməkdə olan gənc nəsil tərəfindən sevilməsinə xidmət edən bu kimi təşəbbüslər rəhbərlik tərəfindən də olduqca xoş qarşılanır.