Məktəbəqədər hazırlıq qrupunda texnologiya dərsi

  Sinif rəhbəri Anjelika Əlizadənin təşkilatçılığı ilə məktəbəqədər hazırlıq qrupunda texnologiya dərsi keçirildi. Azərbaycanda mənşəyi ən qədim bayramlardan biri olan Novruz bayramına həsr edilən dərsdə Novruz atributları hazırlandı. Şagirdlərin yüksək həvəs və bacarıqla hazırladıqları atributlar öz gözəlliyi və rəngarəngliyi ilə göz oxşadı. Milli adət-ənənələrimizin tətbiqi, təbliği, onların qorunması, yetişməkdə olan gənc nəsil tərəfindən sevilməsinə xidmət edən bu kimi təşəbbüslər rəhbərlik tərəfindən də olduqca xoş qarşılanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi