Mülki Müdafiə Günü

   Bu gün  Beynəlxalq  Mülki Müdafiə Günüdür. Məktəbimizdə gənclərin çağırışaqədərki hazırlığı dərsini tədris edən Habil Qarayev bu mövzuda şagirdlərlə diskussiya aparıb. Habil müəllim şagirdlərə “Təbii fəlakətlər və davranış qaydaları” haqqında geniş məlumat verib. O, həmçinin “Xəbərdarlıq siqnalları və vasitələri”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları” haqqında da geniş məlumat verib. Yanğınsöndürən və eleyhqazdan istifadə qaydaları kimi məlumatlar şagirdlər tərəfindən maraqla qarşılanıb. Tibbi bacısı Zafta xanımın da iştirak etdiyi dərs şagirdlərin maariflənməsinə xidmət edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi