"Xocalı soyqırımı" adlı onlayn tədbir

 26 fevral - Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalı soyqırımı" adlı onlayn tədbir keçirildi. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 fevral 2021-ci il tarixli F-38 nömrəli əmri ilə təsdiq olunmuş Xocalı soyqırımının 29 - cu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına əsasən keçirilən tədbir tarix dərsini tədris edən Ofeliya Musayevanın rəhbərliyi ilə baş tutdu. 8 "D" sinif şagirdlərinin iştirak etdikləri tədbirdə Xocalı faciəsinin qurbanları dərin hörmət və ehtiramla anıldı. Qeyd olundu ki, Azərbaycanın tarixində  unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə  kökləyən Xocalı faciəsi heç zaman milli yaddaşdan silinməyəcəkdir. Onlayn tədbir rəhbərlik tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi