5 "C" sinfinin "Xocalı" tədbiri

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 fevral 2021-ci il tarixli F-38 nömrəli əmri ilə təsdiq olunmuş Xocalı soyqırımının 29 - cu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına əsasən 5 "C" sinfində onlayn tədbir keçirildi. Xocalı soyqırımına həsr olunan tədbir tarix dərsini tədris edən Rəna Məmmədovanın və coğrafiya dərsini tədris edən Günay Nəcəfovanın rəhbərliyi ilə keçirildi. Tədbirdə Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı qurbanları dərin hüzünlə yad edildi. Mövzu ilə bağlı geniş informasiyalarla çıxış edən şagirdlər qeyd etdilər ki, Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə, bütün bəşəriyyətə qarşı yönələn cinayətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi