Zərərli cizgi filmləri müzakirə edildi

  Türkiyə Cumhuriyyətində mediya üzrə doktorant təhsili alan Sadiq İbrahimovla növbəti dəfə onlayn görüş keçirildi. Görüş zamanı ibtidai sinif şagirdləri və onların valideynləri ilə maarifləndirici söhbətlər aparıldı. Belə ki, balaca şagirdlərin izlədikləri cizgi filmlər, onların mənfi və müsbət cəhələri müzakirə olundu. Cizgi filmlərin şagirdlərdə yaratdığı zərərli vərdişlər, həmin vərdişlərdən xilas olma yolları haqqında maraqlı tövsiyələr verən Sadiq İbrahimov valideynləri bu mövzuda diqqətli olmağa çağırdı. Rəhbərlik tərəfindən izlənilən onlayn görüş öz maarifləndirici mövqeyi ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi