Təşəkkürnamə

  Məktəb rəhbəri Südabə Abdullayeva  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov tərəfindən mükafatlandırıldı. O, Təhsil Nazirliyinin Fəaliyyət Planı əsasında hazırlanmış birgə İş Planını rəhbər tutaraq F-90 nömrəli əmri ilə təsdiq edilmiş 1. 2. 2. bəndinə əsasən Vətən torpağının ərazı bütövlüyü uğrunda canından keçmiş Azərbaycan igidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərə, xüsusən də məktəbin ənənəvi zəngini dəyişərək şəhid Xudayar Yusifzadənin "Vətən yaxşıdı!" təsnifini səsləndirməsi kimi tədqirəlayiq bir yanaşma tərzinə görə Təşəkkürnamə ilə təltif edildi. 

  Qeyd edək ki, məktəb rəhbərliyi İlahiyyat İnstitunun əməkdaşları ilə daim görüşlər təşkil edərək şagirdlərin dini tərəfdən maariflənməsində müstəsna rol oynayır. İlahiyyat İnstitutunun  prorektoru Aqil Şirinov tərəfindən edilən müzakirələr nəticəsində şagirdlər dini xurafatdan ayırmağın yolları, İslam dininin tərbiyəvi cəhətləri ilə bağlı qaranlıq qalan nüansları aydınlaşdırırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi