Ana Dili Günü qeyd olundu
Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur. Elə məhz bu məqsədlə keçirilən "Ana Dili Günü"nə həsr olunan dərs ibtidai sinif müəllimi Günel Balayevanın rəhbərliyi, 4 "F" sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Milli ruhda, vətənpərvər əqidədə təşkil olunmuş dərsdə şagirdlər fəallıq nümayiş etdirdilər. Dilimizin qədimliyi, tarixi haqqında geniş informasiya ilə çıxış edən şagirdlər daha sonra bir-birindən gözəl şeirlər, aforizmlər və mahnılarla dərsin daha da maraqlı keçməsinə nail oldular. Rəhbərliyin iştirakı ilə baş tutan dərs təqdirəlayiq hesab edildi.