Bəxtiyar Vahabzadənin anım günü qeyd olundu
Azərbaycan şairi, dramaturqu, ədəbiyyatşünası Bəxtiyar Vahabzadənin anım günü qeyd olundu. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Sədaqət İsgəndərovanın rəhbərliyi ilə təşkil olunan dərs 5 "C" sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Anım gününə həsr olunan dərsdə vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edən şairin şeirləri şagirdlərin ifalarında yüksək intonasiya ilə səsləndi.