İlk dərslər Zəfər Gününə həsr edildi

  Ənənəvi tədrisin bərpası şagirdlərin sevincinə səbəb oldu. Uzun müddətli fasilədən sonra parta arxasında əyləşən 5-9-cu sinif şagirdlərinin sevinci, ruh yüksəkliyi göz oxşadı.  Vətən müharibəsindən qalib çıxmış ölkəmizin vətənpərvər şagirdləri ilk dərs günündə  Azərbaycanın ərazi bötövlüyü uğrunda dünyasını dəyişmiş şəhidləri yad etdilər. Tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən Zəfər Gününə həsr edilən dərslər müxtəlif təqdimatlar, şeirlər, geniş informasiyalarla yadda qaldı. Qeyd edək ki, dərslər rəhbərlik tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi