Nizami Gəncəvinin 880 illiyi ilə bağlı dərs keçirildi

  1 "B" Sağlam Təhsil sinfinin rəhbəri Nigar Mehdizadənin təşkilatçılığı ilə maraqlı bir dərs nümayiş olundu. Belə ki, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə bağlı olaraq keçirilən dərsin motivasiya hissəsində üzərində "Xəmsə" yazılmış zərli qutu sinifə gətirildi. Qutunun içərisindən çıxan dahi şairin hikmətli kəlamlarından ibarət kiçik ölçüdə kəsilmiş kağızlar şagirdlərə paylanıldı. Dərsin tədqiqat hissəsində şagirdlər həmin kəlamları oxuyaraq fikir mübadiləsi apardılar. Rəhbərlik tərəfindən izlənilən dərs  şagirdlərin özlərini qiymətləndirmələri ilə başa çatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi