Qalib əsgərin görüşü

  Məktəbin fəxri məzunu, qalib əsgəri Fərid Hadiyevin balaca Turqanayla görüşü baş tutub. Belə ki, 44 günlük müharibə müddətində əsgərlərimizə göndərilən məktubların içərisindən Fəridin payına Turqanayın məktubu düşmüşdü. Turqanay yazdığı məktubla bərabər qəhrəman əsgərimizə  Azərbaycan bayrağı da göndərərək onu Qubadlıya sancmağı xahiş etmişdi. Həmin bayrağı Qubadlıya sancan igid əsgər - Fərid keçirdiyi kövrək duyğuları görüş zamanı Turqanayla bölüşmüş, qalibiyyətin sevincini onunla birlikdə yaşamışdır. Qeyd edək ki, ATV kanalı həmin görüşü çəkərək ictimaiyyətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi