Qazı ilə görüş təşkil edildi

  Coğrafiya dərsini tədris edən Günay Nəcəfovanın rəhbərliyi, 5 "C" sinif şagirdlərinin iştirakı ilə keçirilən onlayn dərsdə maraqlı bir görüş təşkil olundu. Azərbaycanın ərazi bötövlüyü, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına vuruşan qazi Şahin İsmayılovun qonaq qismində dəvət olunduğu dərs şagirdlərin yaddaşında silinməz iz buraxdı. Maraqlı disskusiya şəkilində baş tutan dərsdə şagirdləri maraqlandıran suallara cavab verildi. Şahidi olduğumuz Aprel döyüşləri, Vətən müharibəsi zamanı canlarını fəda etmiş şəhidlərimiz yad edildi. Öz vətənpərvərlikləri ilə örnək olan qazilərimiz hörmətlə xatırlandı. 

Rəhbərlik tərəfindən izlənilən görüş məmnunluq və qürur hissi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi