Metodbirləşmə sədrləri ilə görüş keçirildi

  Metodbirləşmə sədrləri ilə onlayn görüş keçirildi. Rəhbərlik tərəfindən təşkil olunan görüşdə müxtəlif məsələlər müzakirə olundu. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-246-cı əmrinə əsasən "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqənin təşkili və keçirilməsi haqqında verilən təlimata uyğun olaraq müsabiqənin vəzifələri, keçirilmə qaydası ətrafında fikir mübadiləsi aparıldı. Müsabiqəyə göndərilən şagird - 6 "A" sinif şagirdi Hüseynli Ramazan - müəyyənləşdirildi. Milli qiymətləndirmənin 4, 6 və 9-cu siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə təşkilinin nəzərdə tutulması tapşırıldı. Onlayn görüş zamanı, həmçinin, Lütfi Zadə adına məntiq yarışının keçirilməsinin təşkili haqqında ətraflı  müzakirələr də edildi. Təqdim olunmuş şagirdlərə  əlavə təlimin tədris edilməsi planlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi