Pedaqoji şura

  Xüsusi karantin rejimi dövründə Pedaqoji Şuranın növbəti iclası online şəkildə keçirilmişdir. Virtual məktəb platformasında təşkil olunan görüşdə məktəbin direktoru Südabə Abdullayeva iclas iştirakçılarını ilk olaraq qazandığımız qələbə münasibətilə təbrik etdi. Bütün şəhidlərə, eləcə də məktəbin şəhid olan məzununa rəhmət dilədi. Orduda xidmət edən əsgərlərimizə sağ-salamat evlərinə dönməyi arzuladı. Online təşkil olunmuş iclasda 2020-ci il sentyabr ayının 27-də təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin uzun illərdən bəri işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatları dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri edərək Qarabağ savaşının yeni, həlledici mərhələsinin başlanmasına və tarixi qalibiyyətlə qurtarmasına təkan verməsi, eləcə də Şuşa şəhərinin və ölkənin digər ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmrindən irəli gələn məsələlərin icrası barədə müəllimlərə ətraflı məlumat verildi. “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planının icrası ilə bağlı mühüm məsələlər pedoqoji heyətə bildirildi.
  İclasda direktor müavinləri virtual məktəb platformasında keçirilən dərslər, tədris planları haqqında ətraflı müzakirələr apardılar.
  Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı, müvafiq təklif və tövsiyələr səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi