Əsgərlərlə görüş

  Bildiyimiz kimi, bu ilin 12 iyul tarixindən başlayaraq bir neçə gün ərzində təcavüzkar erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kəndi ərazisində atəşkəsin pozulması nəticəsində general mayor Polad Həşimov başda olmaqla, 12 hərbi qulluqçumuz şəhid olmuşdur. Məlum hadisə onsuz da vətənpərvər olan xalqımızın, igid oğlanlarımızın milli vətənpərvərlik ruhunu bir daha oyadaraq onları müharibəyə, mübarizəyə səsləmişdir.  Məktəbimizin 10 "A" sinif şagirdi İbrahim Şərifli də öz arzu və istəyi ilə valideynlərinin köməyi və nərazəti altında döyüş bölgəsinə yollanaraq əsgərlərlə görüşmüş, onlara müəyyən yardım bağlamaları aparmışdır. Qeyd edək ki, bu görüşdə İdman Nazirliyinin səlahiyyətli nümayəndələri də iştirak etmişlər. Görüş zamanı şəhid ailələri də diqqətdən kənar qalmamışdır. Onlar şəhid Elşad Məmmədovun valideynləri ilə də görüşmüş, şəhidimizin ruhunu şad etmişdirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi