Son zəng

  Məktəbin məzunları "Son zəng"i qeyd etdilər. Onlayn vasitə ilə keçirilən bu əlamətdar gündə şagirdlər müəllimlərin diqqət və qayğısından danışaraq onlara öz təşəkkürlərini bildirdilər. Direktor Südabə Abdullayeva, direktor müavinləri Təranə Hadiyeva və Fidan Axundova və Suraxanı Rayon Yeni Azərbaycan Partiyasının nümayəndəsi Salman Əbdülovün iştirakı ilə keçirilən "Son zəng"də şagirdlərin ibtidai sinif müəllimləri də iştirak etdilər. Maraqlı və duyğusal çıxışlarla yadda qalan onlayn tədbirin sonunda "Son zəng" çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi