Təşəkkürnamə

   28 May Respublika Günü ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı rayonu 84, 85, 87, 104,114, 154, 226, 275, 278,279, 281, 317, 327 nömrəli tam orta məktəbləri arasında keçirilən“Çiçəklənən Vətənim” adlı ən yaxşı videotəqdimat müsabiqəsi yekunlaşmışdır. Məktəbin direktoru Südabə Abdullayeva tərəfindən təşkil olunmuş müsabiqədə videotəqdimatlar münsiflər heyəti tərəfindən izlənilmiş və müəyyən qənaətlə nəticələnmişdir. İştirak etmiş məktəblərə fəxri fərmanlar, fərqlənmə diplomları və təşəkkürnamələr təqdim olunmuşdur. Qeyd edək ki, münsiflər heyəti qismində104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev Qurban oğlu, 275 nömrəli tam orta məktəbin direktoru Elnur Hüseynov İsmayıl oğlu, 318 nömrəli tam orta məktəbin direktoru Elvin Səlimov İlham oğlu iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi