4 "E" rus bölməsi sinfinin fəaliyyəti

   Məlum məsələdir ki, mövcud şəraitlə bağlı olaraq artıq bir neçə vaxtdır ki, müəllimlər öz dərslərini onlayn vasitə ilə tədris edirlər. Belə bir vəziyyətdə şagirdləri dərsə cəlb etmək, onlarda maraq yaradaraq dərs prosesinin gedişatında fəal iştirak etmələrini təmin etmək təbii ki, müəllimdən xüsusi peşəkarlıq tələb edir. Bu cür peşəkar müəllimlərdən biri də 4 "E" rus bölməsinin  sinif rəhbəri Aygün Kərimovadır. O, mart ayının 23-dən etibarən  keçdiyi dərslərdə şagirdlərin elmi cəhətdən maariflənməsi ilə yanaşı, sosial izolyasiya dövrünü daha rahat keçirmələri üçün müəyyən tapşırıqlar da vermişdır.  Şagirdlərin "Evdə qal" layihəsi çərçivəsində hazırladıqları və təqdim etdikləri video-roliklər sinif rəhbərinin təşəbbüsü əsasında baş tutmuşdur. Həmçinin, 9 may- Qələbə Günü münasibətilə şagirlərin təqdimatları, ötürdükləri informasiyalar, çəkilən video görüntülər sinif rəhbərinin fəaliyyət planına uyğun olaraq gördüyü işlərin göstəricisidir. Aygün müəllim vaxtaşırı keçirdiyi valideyn iclaslarında da valideynlərin təkliflərini dinləmişdir. O, şagirdlərin bu çətin dövrü daha asan və təhsildə geri qalmayaraq keçmələri üçün müəllim adının məsuliyyətinə uyğun olaraq  əlindən gələni əsirgəməmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi