Xocalı faciəsi

    Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Xalqımızın bu tarixdə yaşadığı dəhşətlər heç vaxt yadda çıxmayacaqdır. Bu faciənin ildönümünü qeyd etmək və yeni nəslin maarifləndirilməsi məqsədilə keçirilən tədbir məktəbin akt zalında baş tutdu. Bir -birindən dəyərli fəxri qonaqların - İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov, Pedaqoji Elmlər  üzrə fəlsəfə doktoru,  dosent,  dörd qat Olimpiya hakimi, Beynəlxalq dərəcəli, Olimpiya kateqoriyalı hakim, "Qızıl fit" mükafatçısı Hicran Şərifov və başqalarının iştirakı etdikləri tədbir Azərbaycan himni ilə açıq elan olundu. Sonra şəhidlərimiz ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbirin bədii hissəsi ürək ağrıdan məqamlar ilə yadda qaldı. Belə ki,qəmgin notlar üzərində qurulmuş şeirlər, mahnılar, yaradıcı şagirdlərin səhnələşdirdikləri məqamlar izləyicilər tərəfindən maraqla qarşılandı. Məktəbin qabaqcıl sinifi olan 5 "A" sinfinə isə Milli Qəhrəman Çingiz Mustafayevin adı verildi. Tədbir  direktor Südabə Abdullayevanın çıxışı ilə sona çatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi