Parlamentin iclası

   UBTR Afaq Səfərovanın rəhbərliyi ilə parlamentin növbəti iclası keçirildi. 21 fevral Ana dili Gününə həsr olunan iclasda dilimizin gözəlliyi, axıcılığı və bir sözlə, möhtəşəmliyi haqqında fikirlər dinlənildi. Hər bir millətin maddi və mənəvi irsini qoruyan, inkişaf etdirən ən mühüm, ən güclü vasitə olan Ana Dilinə həsr edilmiş aforizmlərdən, atalar sözlərindən ibarət gözəl nümunələr söylənildi. Qeyd edildi ki,  Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi