Memorial Soyqırımı Muzeyinin ekskursiya

   Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Memorial Soyqırımı Muzeyininə ekskursiya təşkil olundu.  4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olan muzey 6 "D" sinif şagirdlərinin marağına səbəb olmaqla bərabər, həm də onlarda təəssüf hissi yaratdı. Belə ki, muzeyin girişində asılmış rəsm əsərləri Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntülərini, əhalinin həyat tərzini ürək ağrısı ilə əks etdirirdi. Qabaqcıl müəllimlərimizdən olan Gülanə Ağayeva və Nərmin Səfərlinin rəhbərliyi ilə baş tutan ekskursiya şagirdlərdə düşmənə nifrət, vətənə, millətə sevgi hissi aşılamağa xidmət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi