Kitab Bağışlama Günü
Kitabxana müdiri Aygün Fətullayevanın rəhbərliyi ilə Kitab Bağışlama Günü qeyd olundu. 1 "A" sinif şagirdlərinin iştirakı ilə keçirilən gündə kitabın insan həyatında rolu haqqında geniş müzakirə aparıldı. Sinif rəhbəri Məftunə Kərimlinin iştirakı ilə şagirdlər oxuduqları kitabları bir-birinə hədiyyə edərək fikir mübadiləsi etmək üçün əlverişli şərait yaratdılar.