Ümumdünya Xərçənglə Mübarizə Günü

   4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günüdür.  Bu əlamətdar gün  məktəbimizdə də qeyd edildi. Kimya - biologiya dərsini tədris edən Təranə Rəcəbovanın rəhbərliyi ilə təşkil olunan "Dəyirmi masa"da 8 "D" sinif şagirdləri mövzuya dair müxtəlif məlumatlarla çıxış etdilər. Onlar 40 %-ə qədər xərçəngə yoluxma hallarının qarşısını almağın mümkünlüyünü vurğuladılar. Həmçinin slaydlar vasitəsilə təqdim olunan görüntülərdə xərçəng, xənçəngin yaranma səbəbləri və ondan qorunma yolları haqqında müəyyən informasiyalar izləndi.  "Dəyirmi masa" direktor Südabə Abdullayevanın çıxışı ilə sona çatdı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi