Pedaqoji şura

   Bu gün məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirilib. Direktor Südabə Abdullayevanın rəhbərliyi ilə təşkil olunan pedaqoji şurada 1-ci yarımilliyin hesabatı açıqlanıb. İbtidai və 5-11-ci siniflər üzrə şagird nailiyyətlərinin nəticələri məktəbdaxili monitorinq nəticələri ilə müqayisə olunub. Qeyd edilib ki, daha fəal və gücləndirilmiş iş rejiminə keçmək müəllimlərin qarşısına qoyulmuş başlıca vəzifələrdən biridir. Direktor müəllimləri diqqətli olmaqla bərabər, qarşıya qoyulmuş məqsədlərin təşkilində və tətbiqində onların müstəsna rolu olduğunu  vurğulayıb.

    Pedaqoji şüranın sonunda Yeganə müəllim və Svetlana müəllim yubiley münasibəti ilə rəhbərlik tərəfindən Fəxri Fərmanla təltif olunublar. Həmçinin tibb bacısı Sevda İsayeva da öz peşə fəaliyyətini səmərəli və keyfiyyətli yerinə yetirdiyinə təşəkkürnamə ilə qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi