Hacı Zeynalabdin Tağıyevin doğum günü qeyd edildi

   25 yanvar məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Bu əlamətdar günü qeyd etmək məqsədilə məktəbimizin muzeyində "Dəyirmi masa" təşkil edildi. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Kəmalə Məmmədovanın rəhbərliyi ilə baş tutan "Dəyirmi masa"da şagirdlər fəallıq nümayiş etdirdilər. Belə ki, onlar dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında maraqlı faktlarla çıxış etdilər. "Dəyirmi masa" direktor Südabə Abdullayevanın çıxışı ilə sona çatdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi