Təşkilat saatı

   Bu gün Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın anım günüdür. Fədakar jurnalis, cəsarətli fikir adamı Salatın Əsgərovanın xatirəsini əziz tutmaq məqsədilə məktəbimizdə "Dəyirmi masa" keçirilib. Ruhiyyə Şahmuradovanın təşəbbüsü, 9 "B "  sinif şagirdlərinin iştirakı ilə keçirilən "Dəyirmi masa"da Milli Qəhrəmanın həyat və fəaliyyəti  haqqında fikir mübadiləsi edilib. Direktor Südabə Abdullayeva isə öz çıxışında Salatın Əsgərovanın göstərdiyi şücaət haqqında danışaraq onun həyat tərzini örnək olaraq qiymətləndirib. 

   Qeyd edək ki, Milli Qəhrəmanın anım günü təşkilat saatında da qeyd edilib. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Tamilla Vəliyevanın rəhbərliyi ilə keçirilən təşkilat saatında  6 "C" sinif şagirdləri ilə Salatın Əsgərovovanı dərin hörmətlə yad ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi