Fizika günü çərçivəsində tətbiq olunmuş MEQA layihə.

   “Fənn aylıqları” çərçivəsində keçilən dərslər  şagirdlərin dünyagörüşünün formalaşması, məlumatlılıq səviyyəsinin genişlənməsi yolunda müstəsna rol oynayır.  Belə ki, “Nümunəvi  dərs”lər, “Dəyirmi masa”lar, təşkil edilmiş ekskursiyalar, müxtəlif alimlərin, ölkə və dünya tarixində xüsusi yeri olan fikir adamlarının doğum və anım günlərini, əlamətdar hadisələri qeyd etmək, tədbirlər hazırlamaq  məktəbin Fəaliyyət Planınına uyğun olaraq “Fənn aylıqları” çərçivəsində görülən işlər sırasındadır.

   279 nömrəli tam orta məktəbin Fəaliyyət Planınına uyğun olaraq dekabr ayı “Fizika fənni” aylığı elan edilmişdir. 16 dekabr tarixində ADPU-nun Elm müzeyinə ekskursiya təşkil edən məktəb rəhbərliyi  fizikaya xüsusi maraq göstərən şagirdlərin maariflənməsi yolunda olduqca gözəl təşəbbüs irəli sürmüşdür.  Belə ki, direktor Südabə Abdullayeva Universitetin rektoru professor Cəfər Cəfərova məktubla müraciət edərək şagird-tələbə əməkdaşlığında ona koməklik göstərməyi  xahiş etmişdir.  Bunun nəticəsidir ki, 19 dekabr tarixində 6, 7 və  8-ci sinif şagirdlərindən  ibarət olan 12 sinifdə eyni vaxta ADPU-nun qabaqcıl tələbələri, magistrləri kurikulum normalarına, fəal təlimin tələblərinə uyğun olaraq olduqca maraqlı və yaddaqalan dərslər keçmişlər.  Dərslər qrup şəkilndə, fərdi və cütlərlə təşkil edilmişdir.  Müxtəlif təcrübələrin nümayiş etdirildiyi dərslərdə şagirdlər fəallıq göstərərmişlər. 7 "D" sinfində keçilən dərs isə  STEM proqramına uyğun olaraq qurulmuşdur.  Daha sonra məktəbin akt zalında möhtəşəm  “Fizika gecəsi “ tədbiri izlənilmişdır. 7 “D” sinif şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə məktəb rəhbərliyi, xüsusilə fizika dərsini tədris edən Təranə Hadıyeva,  Xanım Piriyeva, Günay Vahidova, 7 “D” sinfinin valideyn komitəsinin sədri Günəş Məhərrəmova fəallıq göstərərək  tədbiri maraqlı formatda ərsəyə gətirə bilmişlər.   Tədbirin fəxri qonaqları qismində iştirak edən İdman  Akademiyasının professoru, Güləş Federasiyasının vitse- prezidenti Cavaşir Qurbanov,  ADPU-nun Məzun kordinasiyası və karyera bölməsinin müdiri Könül xanım,  Pedaqoji Təcrübə bölməsinin müdiri  Qəmər xanım, Fizikanın  TədrisiTexnologiyası kafedrasının müdiri Sevinc xanım, , ADPU-nin Keyfiyyətin Tənzimlənməsi kafedrasının müdiri Qalib Şərifov, BDU-nun Maddənin Quruluşu kafedrasının müdiri, Rusiya Təbiət  Elmlər Akademiyasının həqiqi üzvü, akademik  Eldar Məsimov, Rusiya Təbiət  Elmləri Akademiyasının həqiqi üzvü, Kosmonavtika İnstitutunun akademiki Fuad Hacızadə, Suraxanı YAP təşkilatının sədri Vüqar Seyidov, polis -polkovnik leytinantı, Pedaqoji Elmlər üzrə fəlsəfə doktoru,  dosent,  dörd qat Olimpiya hakimi, Beynəlxalq dərəcəli, Olimpiya kateqoriyalı hakim,  “Qızıl fit” mükafatçısı Hicran Şərifov, Təlimə Dəstək mərkəzinin direktor müavini Züleyxa Ələkbərova, BŞTİ-nin riyaziyyat-informatika fənləri üzrə metodisti İlahə Həmidova tədbiri çox böyük maraqla izləmişlər.

   Tədbirin sonunda dəyərli alimlər öz fikirlərini bildirərək tədbiri təqdirəlayiq hal kimi qiymətləndirib, məktəb rəhbərliyinə, təşəbbüskarlara öz dərin təşəkkürlərini bildiriblər.  Böyük alim Eldar Məsimov isə müəllifi olduğu 3 elmi əsərini məktəbə hədiyyə edərək, bu tədbirdən məmnun olduğunu vurğulayıb. Tədbirin təşkilində  əməyi keçən müəllim heyəti, valideyn komitəsi və şagirdlər rəhbərlik tərəfindən mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi